"Aktiv əməliyyatlar" nədir? | Banco.az

"Aktiv əməliyyatlar" nədir?

Hər bir bankın məqsədi maksimum mənfəət əldə etməkdir. Bunun üçün banklar aktiv əməliyyatlardan istifadə edir. Aktiv əməliyyatlar mənfəət əldə etmək üçün bankların öz xüsusi vəsaitlərindən və cəlb olunmuş vəsaitlərdən istifadə etməsi deməkdir. Aktiv əməliyyatları həyata keçirərkən banklar sərəncamında olan xüsusi və cəlb olunmuş vəsaitlərdən hüquqi və fiziki şəxslərə kreditlər verir, investisiyalar həyata keçirilər. Bu əməliyyatlar faiz, dividentlər şəklində gəlir gətirir, birgə müəssisələrin mənfəətində iştirak imkanları yaradır. Bu vasitə ilə müəyyən edilmiş likvidlik normativləri təmin edilir, investisiyaların səmərəli nəticələrini əldə etmək üçün təşkilati–idarəetmə tədbirləri həyata keçirilir.

Kommersiya banklarının aktiv əməliyyatları dedikdə, müəyyən gəlir almaq üçün öz vəsaitlərini və cəlb edilmiş vəsaitləri kredit formasında istifadə etməsi nəzərdə tutulur. Bu əməliyyat müştərilərə ssuda verərək, müəyyən müddətdən sonra faizlə birlikdə geri qaytarmaq yolu ilə həyata keçirilir. Aktiv əməliyyatlar vasitəsilə kommersiya bankları cəlb etdikləri vəsaitləri ehtiyacı olanlar arasında yerləşdirərək kreditor sifətində çıxış edirlər. Kommersiya bankları aktiv əməliyyatları yerinə yetirməyə məcburdur. Çünki bankların mənfəəti bu əməliyyatlardan asılıdır.

Aktiv əməliyyatların nəticələri bankın balansının aktiv hissəsində əks etdirilir, bu göstəricilər əsasında bankın resurslarının yerləşdirilməsi xarakteri, onlardan istifadənin səmərəliliyi yoxlanılır və təhlil edilir.

Aktiv əməliyyatların bazar iqtisadiyyatına keçid dövründə xarakteri və əhəmiyyəti də dəyişmişdir. İqtisadiyyatın inzibati amirlik üsulları ilə idarə olunduğu vaxtlardan fərqli olaraq keçid dövründə və bazar iqtisadiyyatı şəraitində hər bir bank aktiv əməliyyatların elə optimal üsullarını seçməlidirlər ki, bu əməliyyat nəticəsində ancaq səmərə əldə etmək mümkün olsun.

Əks təqdirdə nə bank, nə də ki, bütövlükdə bank sistemi mövcud ola bilməz, iqtisadiyyat öz inkişaf tarazlığını itirər.

Bankların həyata keçirdikləri aktiv əməliyyatlar aşağıdakı qruplara bölünür:

Ən sərfəli kredit üçün müraciət et

  • Kredit əməliyyatları. Bu əməliyyatlar nəticəsində bankın kredit portfeli formalaşdırılır.
  • İnvestisiya əməliyyatları. Bu, bankların qiymətli kağızlarla apardığı müxtəlif əməliyyatlardır. Onların nəticəsində bankların investisiya portfeli formalaşır.
  • Hesablaşma əməliyyatları. Bu əməliyyatlar nəticəsində banklar öz müştəriləri və təmasda olduqları təşkilatlar arasında iqtisadiyyatda gedən bütün hesablaşmaları icra edirlər.
  • Kassa əməliyyatları. Bu əməliyyatlar nəticəsində banklar öz müştəriləri ilə nağd pul hesablaşmalarını aparır.
  • Digər aktiv əməliyyatlar. Bu əməliyyatlar bank əməliyyatlarının vaxtlı–vaxtında keyfiyyətlə icrasını təmin edən uyğun infrastrukturun yaradılması ilə əlaqədardır.

Kommersiya banklarının fəaliyyət göstəricilərinin sübut etdiyi kimi, bankların apardığı aktiv əməliyyatlar içərisində xüsusi çəki etibarilə aparıcı yeri kredit əməliyyatları tutur.

Kredit – ssudanın pul və ya əmtəə formasıdır. Kreditor tərəfindən borcalana qaytarılmaq və istifadəsinə görə faiz ödəmək şərti ilə verilən borcdur. 

Banklar müəssisə və təşkilatlara istehsal fondlarının, yəni həm əsas, həm də dövriyyə fondlarının artırılması məqsədi ilə kreditlər verir. Bu kreditlər həm uzunmüddətli, həm də qısamüddətli ola bilər. Belə kreditlərin məbləği bankda toplanmış kredit resurslarının məbləği qədər ola bilər. İstehsal fondlarının yaradılmasına sərf olunan xərclərin kreditləşdirilməsi banklarda əvvəlcədən resursların toplanmasını tələb edir və bu bir iqtisadi zərurətdir.

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et