Aprelin 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,8 faiz artaraq 768,1 minə çatıb.
Banco.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 3,9 faiz artıb və 47,5 min təşkil edib.
Aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 205,0 min olub.
Bizi sosial şəbəkələrdən izləyin!!