Aksiz vergisi üzrə büdcə gəlirlərində böyük artım | Banco.az

Aksiz vergisi üzrə büdcə gəlirlərində böyük artım

Fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə daxilolma azalıb.

2019-cu ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinə fiziki şəxslərin gəlir vergisi maddəsi üzrə 199,6 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% azdır. Daxilolma sadələşdirilmiş vergi üzrə 2,3% azalaraq 91,7 milyon manata, torpaq vergisi üzrə 1,1% azalaraq 9,2 milyon manata düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Daxilolma hüquqi şəxslərin mənfəət vergisi üzrə 20,6% artaraq 555,4 milyon manat, əmlak vergisi üzrə 21,5% artaraq 44 milyon manat, əlavə dəyər vergisi üzrə 34,1% artaraq 1 milyard 175,5 milyon manat, aksiz üzrə 55,8% artaraq 195,8 milyon manat, mədən vergisi üzrə 2,7% artaraq 26,4 milyon manat, xarici iqtisadi fəaliyyətlə bağlı vergilər üzrə 15,2% artaraq 276,6 milyon manat təşkil edib. Yol vergisi üzrə daxilolma dəyişməyərək 26,5 milyon manatda qalıb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et