ASA ilə Pakistan Ticarət və Sənaye Palataları Federasiyası arasında memorandum imzalandı | Banco.az

ASA ilə Pakistan Ticarət və Sənaye Palataları Federasiyası arasında memorandum imzalandı

Noyabrın 4-də Pakistan Ticarət və Sənaye Palataları Federasiyası ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bununla bağlı keçirilən onlayn görüşdə Azərbaycanın Pakistan İslam Respbulikasındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov, Pakistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının vitse-prezidenti Mian Nəsir Xan və hər iki ölkənin sahibkarları iştirak ediblər.

Səfirlər iki dövlət arasında yüksək diplomatik əlaqələrin qurulduğunu və Azərbaycanın haqq işində Pakistanın onun yanında olduğunu xüsusi vurğulayıblar. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı dəstək verməyə hazır olduqlarını qeyd ediblər.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Azərbaycanla Pakistan arasında əlaqələrin genişlənməsi istiqamətində atılan addımları müsbət qiymətləndirib.

“Bu memorandumun imzalanma tədbiri bizim üçün əlamətdar bir dövrə təsadüf edir. Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında 44 günlük şanlı Vətən Müharibəsinin bir illiyini qeyd edirik. Ölkələrimiz arasındakı iqtisadi əlaqələrin genişlənməsinə Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq bütün sferalarda dəstək verməyə hazırıq”, – deyən M.Musayev memorandumun hər iki ölkənin iş adamları arasında körpü rolunu oynayacağını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Sonra Azərbaycan Sahibkarlar Konfederasiyası, Pakistan Ticarət və Sənaye Palataları Federasiyası, Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının təqdimatları nümayiş etdirilib.

Qeyd edək ki, memorandum ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına dəstək, birgə fəaliyyət üçün sahələrin seçilməsi, layihələrin müəyyənləşdirilməsi və digər məsələləri əhatə edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et