AKİA-nın bu il verdiyi kreditlərin məbləği 30 milyon manata yaxınlaşıb | Banco.az

AKİA-nın bu il verdiyi kreditlərin məbləği 30 milyon manata yaxınlaşıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) bu ilin əvvəlindən 29,2 milyon manat kredit verib. 

Qurumun məlumatına görə, bu kreditləri 1 743 fermer alıb. 

Kreditlərin təxminən 52%-i və yaxud 15,2 milyon manatlıq hissəsi kənd təsərrüfatı texnikasının alınması üçün 567 fermerə verilib. 

Bundan başqa, 933 fermer illik 12%-lə 9,1 milyon manat mikrokredit, 226 fermer isə illik 7%-lə 4,8 milyon manat nağd pul krediti alıb. Damazlıq heyvanların alınması üçün isə cəmi 17 fermerə 136 min manat ayrılıb. 

Report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et