Müəllif - Aida İsaq, Banco.az
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Avropa İttifaqının altı şərq ölkəsinin fermerlərinə, o cümlədən Polşa və Macarıstandan olan fermerlərə Ukraynadan taxıl idxalına qoyulan qadağanı aradan qaldırmaq üçün 100 milyon avroluq yardım proqramı vəd edib.
Banco.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı bəyanatda bildirilir. Eyni zamanda Ursula fon der Leyen avropalı fermerlərdən ticarət məsələlərində Avropa birliyinin şərtlərinə riayət etməyi tələb edib. Onun sözlərinə görə, fermerlərə kömək məqsədi ilə artıq ən çox zərər çəkənlərə 56,3 milyon avro dəyərində dəstək paketi göndərilib. O, hazırda 100 milyon avroluq yeni dəstək paketinin hazırlandığını qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!