AK Kiyevə 4,2 milyard avro məbləğində yeni yardım tranşını təsdiqləyib | Banco.az

AK Kiyevə 4,2 milyard avro məbləğində yeni yardım tranşını təsdiqləyib

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa Komissiyası (AK) Ukrayna üzrə Fond çərçivəsində Kiyevə 4,2 milyard avro məbləğində büdcə yardımının yeni tranşının ayrılmasını təsdiqləyib.

Banco.az xəbər verir ki, bu barədə AK rəhbəri Ursula fon der Lyayen “X” sosial şəbəkəsində məlumat verib.

“Avropa Komissiyası Ukrayna üçün Fond çərçivəsində rəsmi Kiyevə təxminən 4,2 milyard avro məbləğində yeni tranşı təsdiqləyib”, - o yazıb.

AK rəhbəri qeyd edib ki, bu məbləğ nəzərə alınmaqla, Ukrayna büdcəsinə Aİ-dən ayrılan vəsaitin ümumi məbləği 12 milyard avroya çatacaq ki, bu da proqramın icrasına başlanılan yanvarın 1-dən bəri hər ay 2 milyard avroya bərabərdir. Bu fonddan vəsaitin üçdə biri qrant, üçdə ikisi kredit şəklində ayrılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et