Müəllif:Ayşən İmanova/Banco.az
Avropa Komissiyası gələn ilin yanvar-iyun aylarında 90 milyard avroya qədər Aİ istiqrazları buraxmaq niyyətində olduğunu açıqlayıb.
Banco.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının kommünikesində deyilir.
Qeyd olunur ki, maliyyələşdirmə planı Aİ-nin 2024-cü ildə 138 milyard avro həcmində uzunmüddətli vəsait cəlb etdiyi emissiya proqramını davam etdirəcək.
“Aİ istiqrazlarının buraxılışı ilə toplanan vəsaitlər koronavirus pandemiyasından sonra Avropa İttifaqının iqtisadi bərpasına dəstək verir. Bununla yanaşı, həmin vəsaitlər Aİ-nin dayanıqlılığını gücləndirir və qonşu tərəfdaşlarını, xüsusilə Ukrayna və Qərbi Balkan ölkələrini dəstəkləyir”, - Avropa Komissiyasının sənədində bildirilir.