“Airbus” 30 milyard dollarlıq müqavilə imzalayıb | Banco.az

“Airbus” 30 milyard dollarlıq müqavilə imzalayıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən avia-şouya qatılmış Avropanın təyyarə istehsalçısı - “Airbus” şirkəti 30 milyard dollarlıq 2 kommersiya müqaviləsi imzalayıb.

Bu barədə xarici mətbuat xəbər verir.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, müqavilələrdən biri BƏƏ-nin “Emirates” aviaşirkətinə 16 milyard dollar dəyərində 50 ədəd geniş gövdəli sərnişin təyyarəsinin, digər müqavilə isə BƏƏ-nin "Air Arabia" aviaşirkətinə 14 milyard dollar dəyərində 120 ədəd dar gövdəli sərnişin təyyarəsinin satılmasını nəzərdə tutur. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et