"Airbnb" zəlzələdən zərərçəkmişləri pulsuz qonaqlama ilə təmin edəcək | Banco.az

"Airbnb" zəlzələdən zərərçəkmişləri pulsuz qonaqlama ilə təmin edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Airbnb.org” Türkiyə və Suriyada zəlzələdən zərərçəkmişlərə müvəqqəti pulsuz mənzil xidmətləri göstərəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, qlobal miqyasda qonaqlam xidmətləri göstərən “Airbnb” şirkəti qardaş Türkiyədə baş verən zəlzələ fəlakəti səbəbindən mənzil problemi yaşayan vətəndaşlara dəstək olmaq üçün hərəkətə keçib.

Zərərçəkmişlər üçün nəzərdə tutulan pulsuz qonaqlama xidməti “Airbnb.org”un qeyri-kommersiya tərəfdaşları tərəfindən əlaqələndiriləcək və “Airbnb” və “Airbnb.org” ianəçiləri tərəfindən maliyyələşdiriləcək.

Qeyd edək ki, “Airbnb.org”a edilən ianələr 5 milyon dollara çatdıqda şirkət öz dəstəyi ilə ianə məbləğini ikiqat artıracaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et