AIG Azərbaycanın ardınca Ukrayna və Qazaxıstandan da gedir | Banco.az

AIG Azərbaycanın ardınca Ukrayna və Qazaxıstandan da gedir

ABŞ-ın ən iri sığorta şirkətlərindən biri olan AIG Ukrayna və Qazaxıstan bazarını tərk edir.

"APA-Economics" xəbər verir ki, şirkətin hər iki ölkədə fəaliyyət göstərən törəməsi artıq yeni müqavilələr imzalamır, habelə köhnə müqavilələrin müddəti uzadılmır.

Ən sərfəli kredit üçün müraciət et

Bundan öncə AIG Azərbaycanın sığorta bazarından çıxıb. Şirkət "Chartis" adlı törəməsini "AzRe" təkrarsığorta şirkətinə satıb. Sahibi dəyişdikdən sonra şirkətin adı "QALA Insurance" olub.

Mənbə: APA.az

Ən sərfəli krediti almaq üçün müraciət et