AİF təkliflər sorğusu keçirir | Banco.az

AİF təkliflər sorğusu keçirir

"Azərbaycan İpoteka Fondu" ASC (AİF) dəftərxana, azqiymətli və təsərrüfat mallarının satın alınması ilə bağlı təkliflər sorğusu keçirir.

Fonda istinadən xəbər verilir ki, satınalmada iştirak haqqı 50 manatdır.

İddiaçılar ilkin sənədləri fevralın 8-nə qədər, təklifləri isə fevralın 20-nə qədər Cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər.

Ən sərfəli kredit üçün müraciət et

Təkliflərə fevralın 21-i, saat 15:00-da sözügedən ünvanda baxılacaq. 

Mənbə: Report.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et