Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) AZ2019008682 dövlət qeydiyyat nömrəli, adlı, sənədsiz, faizli istiqrazlarının kütləvi satışı üzrə növbəti hərrac keçiriləcək.
Hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 25 min ədəd istiqraz çıxarılacaq.
Qiymətli kağızlar 1 008,83 manat qiymətlə təklif olunacaq. Sifariş təklifdən çox olsa mütənasib qaydada təmin ediləcək.
İstiqrazlar 7 560 gün dövriyyədə olacaq. Onların illik gəlirliliyi 3%-dir.