AİF-in istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilmişdir | Banco.az

AİF-in istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilmişdir

24 aprel 2015-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 3 000 000 manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilmişdir.

Hərracda 2 birja üzvü iştirak etmişdir. Sifarişin ümumi məbləği nominal üzrə 3 078 000 manat təşkil etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Sifariş  100,8417 % qiymətdə təqdim edilmişdir.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi  3 000 000  manat məbləğində müəyyən edilmişdir.

İstiqraz vərəqələrinin ödəmə tarixi 21 noyabr  2024-cü ildir.