AİF-in istiqrazlarının yerləşdirilməsi üzrə ilk hərrac keçiriləcək | Banco.az

AİF-in istiqrazlarının yerləşdirilməsi üzrə ilk hərrac keçiriləcək

06 iyul 2015-ci il tarixində Bakı Fond Birjasında (BFB) «Azərbaycan İpoteka Fondu»-nun (AİF) AZ2009008684 dövlət qeydiyyat nömrəli, faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə ilk hərrac keçiriləcək.

Hərraca 5 000 000 AZN həcmində istiqraz çıxarılacaq. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. İstiqrazlar 101,4500 qiymətlə satışa çıxarılacaq.

Ən sərfəli kredit üçün müraciət et

İstiqrazların ödənmə tarixi – 21 noyabr 2024-cü ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.

İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat: Azərbaycan Respublikası Mərkəzi Bankı.

AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.