AİF-in istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək | Banco.az

AİF-in istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək

08 iyun 2015-ci il tarixində Bakı Fond Birjasında (BFB) «Azərbaycan İpoteka Fondu»-nun (AİF) AZ2009008684 dövlət qeydiyyat nömrəli, faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə ilk hərrac keçiriləcək.

Banco Bakı Fond Birjasına istinadən bildirir ki, hərraca 5 000 000 AZN həcmində istiqraz çıxarılacaq. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. İstiqrazlar 101,2167 % qiymətlə satışa çıxarılacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

İstiqrazların ödənmə tarixi – 21 noyabr 2024-cü ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcəkdir.

İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat isə  Azərbaycan Respublikası Mərkəzi Bankıdır.

Ən sərfəli krediti almaq üçün müraciət et