AİF-in investisiya xidmətlərinə ehtiyacı yaranıb | Banco.az

AİF-in investisiya xidmətlərinə ehtiyacı yaranıb

“Azərbaycan İpoteka Fondu” ASC (AİF) investisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsi üzrə tender elan edib.

AİF-ə istinadən xəbər verilir ki, tenderdə iştirak haqqı 30 manatdır.

İddiaçılar ilkin sənədləri fevralın 22-nə qədər, tender təkliflərini isə martın 6-na qədər Cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti,40 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər (tel.: (012) 441 24 23 (daxili 145).

Ən sərfəli kredit üçün müraciət et

Tender proseduru martın 7-si, saat 15.00-da qeyd olunmuş ünvanda keçiriləcək. İddiaçılar prosesdə səlahiyyətli nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Bunun üçün azı 1 gün əvvəl Fonda müraciət etmək, həmin şəxsə vəkalətnamə təqdim etmək lazımdır.

Xatırladaq ki, AİF 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun bazasında ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 307,239 mln. manatdır.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et