AİF-in 4 mln. manatlıq istiqrazları yerləşdirilib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

AİF-in 4 mln. manatlıq istiqrazları yerləşdirilib

Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 4 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Banco.az  Bakı Fond Birjasına istinadən xəbər verir ki, hərracda 1 birja üzvü iştirak edib. Sifarişin ümumi məbləği nominal üzrə 4 mln. manat təşkil edib. Sifariş 101,2333% qiyməti ilə təqdim edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 4 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, istiqraz vərəqələrinin ödəmə tarixi  2024-cü il noyabrın 21-dir.

Bildirilib ki, bu istiqrazların yerləşdirilməsinə 13 yanvar 2015-ci il tarixində başlanılmışdır və hərraca bu günədək 46 000 000 AZN həcmində istiqraz yerləşdirilmişdir.