Aprelin 6-da Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC-nin 10 mln. manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən verilən məlumata görə, istiqrazlar 1000 manat qiyməti ilə satışa çıxarılacaq.
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan İpoteka Fondu" ASC-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 6 mart 2017-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.
Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.
Mənbə: Apa.az