Maliyyə Bazarlarına Nəzarət Palatası “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) istiqraz emissiyasını (AZ2010008681) dövlət qeydiyyatına alıb. Bu barədə Palatadan bildirilib.
Məlumata görə, emissiya hər birinin nominal dəyəri 1 000 manat olan 10 000 ədəd faizli, təmin edilmiş istiqrazın buraxılışını nəzərdə tutur.
Qiytmətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. İstiqrazların illik gəlirliliyi 3%, tədavül müddəti 3 600 gündür.
Mənbə: Report.az