AİF hərraca 5 milyon manat həcmində istiqraz çıxaracaq | Banco.az

AİF hərraca 5 milyon manat həcmində istiqraz çıxaracaq

Oktyabrın 22-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək.

Banco.az AİF-ə istinadən xəbər veir ki, hərraca 5 000 000 manat həcmində istiqraz çıxarılacaq. İstiqrazlar 100,8500 qiyməti ilə  satışa çıxarılacaq. İstiqrazları əldə etmək istəyən şəxslər “Bakı Fond Birjası” QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər.

İstiqrazların ödənmə tarixi – 21 noyabr 2024-cü ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat: Azərbaycan Respublikası Mərkəzi Bankı.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 30 dekabr 2014-cü il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 000 000 manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Qeyd edək ki, bu istiqrazların yerləşdirilməsinə bu ilin yanvarın 13-dən başlanılıb və hərraca bu günədək 36 000 000 manat həcmində istiqraz yerləşdirilib. 

Ən sərfəli krediti almaq üçün müraciət et