Maliyyə Bazarlarına Nəzarət Palatası “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) istiqraz emissiyasını (AZ2011008680) dövlət qeydiyyatına alıb.
Bu barədə Palatadan bildirilib.
Məlumata görə, emissiya hər birinin nominal dəyəri 1 000 manat olan 20 min ədəd faizli ipoteka istiqrazının buraxılışını nəzərdə tutur.
İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Qiymətli kağızların illik gəlirliliyi 3%, tədavül müddəti 3 600 gündür.
Xatırladaq ki, AİF 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun bazasında ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 307,239 mln. manatdır.
Mənbə: Report.az