AİF 17 minə yaxın kredit verib | Banco.az

AİF 17 minə yaxın kredit verib

Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları indiyədək 16 min 962 ipoteka krediti verib.

Bu barədə Banco.az portalı AİF-dən məlumat verilib.

Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 683 milyon 541 min 178 manatdan çoxdur.

Fond ipoteka kreditlərinin verilməsinə 2006-cı ilin mart ayından etibarən başlayıb.