AİF 15 mln. manatlıq istiqraz satıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

AİF 15 mln. manatlıq istiqraz satıb

Bu gün Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC-nin 15 mln. manatlıq faizli, adlı, sənədsiz istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

BFB-yə istinadən xəbər verilir ki, qiymətli kağızlar 1 004,0833 manat qiymətlə hərraca çıxarılıb və tam həcmdə yerləşdirilib.

Proses “PAŞA Kapital” investisiya şirkətinin anderrayterliyi ilə baş tutub. İstiqrazların ödəmə tarixi 18 dekabr 2037-cı ildir.