Bu gün Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) 15 mln. manatlıq faizli, adlı, sənədsiz istiqrazlarının (AZ2014008687) yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
BFB-yə istinadən xəbər verilir ki, hərraca çıxarılan istiqrazların nominal qiyməti 1 000 manat olsa da, onlar investorlara 1 001,17 manatdan təklif olunub.
İsiqrazlar üzrə toplanmış tələb 15 mln. manat olub və qiymətli kağızlar tam həcmdə yerləşdirilib.
Prosesin anderrayteri qismində birja üzvü “PAŞA Kapital” investisiya şirkəti çıxış edib.
İstiqrazların ödəmə tarixi 18 dekabr 2037-ci ildir. Başqa sözlə, qiymətli kağızlar 20 il müddətində dövriyyədə olacaq.
Mənbə: Report.az