AİB ilk kreditini AccessBanka ayırdı (foto reportaj) | Banco.az

AİB ilk kreditini AccessBanka ayırdı (foto reportaj)

AİB ilk kreditini AccessBanka ayırdı

2014-cü il noyabr ayının 7-də  AccessBank-la Avropa İnvestisiya Bankı arasında kredit müqaviləsinin imzalanma mərasimi keçirildi.

Bu, Avropa İnvestisiya Bankının Azərbaycanda imzaladığı ilk kredit müqaviləsidir. 

Verilən ilk kredit kiçik və orta sahibkarların dəstəklənməsinə xidmət edəcək. Ayrılan kreditin həcmi isə 25 milyon avro olmuşdur.

Tədbirdə AccessBank-ın Baş Meneceri  Michael Hoffmann, İdarə Heyətinin üzvləri olan Şakir Rəhimov, və Anar Həsənov, AİB tərəfdən isə Bankın Vitse-Prezidenti Vilhelm Molterer və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, xanım Malena Mard.iştirak edib.

Ən sərfəli kredit üçün müraciət et

 “Accessbank”ın baş meneceri Mixael Hofman məsələ ilə bağlı bildirib ki, bu AccessBank üçün çox vacib layihədir. 5 illik müddətə verilən 25 milyon avro vəsait kiçik və orta sahibkarlığın, o cümlədən regionlarda qeyri-neft sektorunun maliyyələşdirilməsinə yönəldiləcək: “Fəxr edirik ki, AİB kimi nüfuzlu maliyyə institutu Azərbaycanda ilk krediti məhz AccessBank-a ayırıb. Bu kredit dinamik inkişaf edən KOB sektorunun kreditləşməsinə böyük töhfə verəcək”.

AİB-in vitse prezidenti Vilhelm Molterer isə bildirib ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi həm yerli hökumət, həm də Avropa İnvestisiya Bankı (AİB) üçün prioritetdir. Onun sözlərinə görə, AİB-in Azərbaycana verdiyi ilk kredit kiçik və orta biznes müəssisələrinin kreditləşməsinə və özəl sektorun inkişafına yardım edəcək.