AIB digər banklarla da əməkdaşlığa hazırdı | Banco.az

AIB digər banklarla da əməkdaşlığa hazırdı

Noyabrın 7-də Avropa İnvetsiya Bankı Və AceessBank arasında kredit sazişinin imzalanması mərasimində AİB-in vitse prezidenti Vilhelm Molterar jurnalistləri maraqlandıraran sualları cavablandırıb.
O bildirib ki,  AİB Azərbaycanda bir sıra özəl banklar ilə danışıqlar aparır və kredit vəsaitlərinin verilməsinə hazırdır. Həmin vəsaiti həcmidə Accessbanka verilən kreditin həcmində və oxşar şərtlər ilə ola bilər. Sadəcə verilən kreditlər kiçik və orta sahibkarlığın maliyyələşməsinə yönəlməlidir.
Bununla yanaşı dövlət strukturları ilə danışıqlar davam edir. Elə həmin gün AİB nümayəndəliyə Kənd Təsərrüfatı nazirliyində olduqca mməhsuldar bir görüş də keçirib.
AİB həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı ( AYİB) ilə birlikdə yol və infrasturktur layihələrinin, Dünya Bankı ilə birlikdə isə su təchizatı və kanalizasiya siitemlərinin qurulması istiqamətindəki layihələri ortaq maliyyələşdirəcək.
Hər hansı bir ölkə, o cümlədən Azərbaycan üçün nəzərdə tutlmuş kredit portfelinin həcmi ilə bağlı limit yoxdur, hər şey banklardan və prosesin sürətindən asılıdır – cənab Molterar bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et