Asiya İnkişaf Bankı (AİB) COVID-19 pandemiyasının neqativ təsirlərini nəzərə alaraq, Azərbaycanda 2020-ci ildə ÜDM-in azalma tempi 0,1%, inflyasiyanın səviyyəsi isə 2,8% olacağını təşkil edəcəyini proqnozlaşdırır.
Bu barədə AİB-in "Asian Development Outlook" (ADO) adlı yenilənmiş hesabatında deyilir.
Hesabatda qeyd olunub ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 1,2% artacaq, inflyasiyanın səviyyəsi isə 3,5% təşkil edəcək.
Qeyd edək ki, bankın aprel ayında dərc olunmuş hesabatında ölkədə 2020-ci ildə ÜDM-in 0,5% artacağı, inflyasiyanın 2,5% təşkil edəcəyi, 2021-ci ildə isə bu göstəricilərin müvafiq olaraq 1,5% və 3,5% olacağı deyilirdi.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycanda ÜDM istehsalı 1,7% azalıb, illik inflyasiyanın səviyyəsi isə 2,9% olub.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!