Aİ zəruri dərmanların ehtiyat fondunu yaradacaq | Banco.az

Aİ zəruri dərmanların ehtiyat fondunu yaradacaq

Müəllif - Aida İsaq, Banco.az

Avropa İttifaqı (Aİ) strateji dərman ehtiyat fondu yaratmağı hədəfləyir. Bununla yanaşı ittifaq istehsalçılardan onların tədarükünə zəmanət vermələrini tələb edir. 

Banco.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb. Qeyd olunur ki, dərman çatışmazlığı Aİ-yə üzv ölkələr üçün bir növ “sistemik çağırış”dır. Beləliklə, Aİ parasetamol və penisilin kimi zəruri dərmanların tədarükündə strateji muxtariyyət əldə etməyi hədəfləyir. Bundan başqa yaxın gələcəkdə Avropa Komissiyasının bütün xəstələr üçün zəruri olan dərman vasitələrinin əlçatan olmasını təmin edəcək yeni qanun layihəsini təqdim edəcəyi bildirilir. Səhiyyə və qida təhlükəsizliyi üzrə Avropa komissarı Stella Kiriakidisin sözlərinə görə, bu istiqamətdə addımların atılması üçün artıq sənaye nümayəndələri ilə müzakirələr aparılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et