Aİ: “Yunanıstana qarşı mərhəmət dövrü başa çatdı” | Banco.az

Aİ: “Yunanıstana qarşı mərhəmət dövrü başa çatdı”

Latviya maliyyə naziri Yunanıstanın nazı ilə oynamamağa çağırır,onun hollandiyalı həmkarı, Avro Qrupun rəhbəri Yerum Deysselblum isə xəbərdarlıq edib ki, yunanların Avropanın təkliflərindən imtina etməsi elə onların özünü çətin vəziyyətdə qoyacaq.

Əgər referendumunun iştirakçıları, Yunanıstan hökumətininin, ona edilmiş maliyyə yardımının qarşılığında Avropa İttifaqının fiskal tədbirləri ilə bağlı təklifini qəbul edib-etməməli olması ilə bağlı suala ”Xeyr” desələr, bu ölkənin danışıqlar prosessindəki mövqeyini gücləndirməyəcək və əksinə hər iki tərəfi çox “çətin durumda” qoyacaq, Avropa İttifaqı Maliyyə Nazirlikləri birliyinin sədri Yerum Deysselblum bildirib.

Niderland parlementi qarşısındakı çıxışda, holland baş nazir Deysselblum söyləyib ki, əksər yunanların hələ də avro işlətmək arzusunda olduğuna əmindir. Nazirin sözlərinə görə, referendum yunanların avrozonada qalmaq xətrinə bir daha kəmərləri sıxmağa hazır olub–olmadığını göstərəcək.

Öz növbəsində Latviyanın maliyyə naziri Yanis Reyrs Latviya kanalına intervü zamanı Avro Qrup rəhbərlərini Yunanıstanın nazı ilə oynamamağa çağırıb. Reyrs bəyan edib ki, Yunanıstana münasibətdə “mərhəmət dövrü” artıq başa çatıb və artıq Avro Qrup rəhbərliyi yunan hökumətinə etibar etmir. Belə ki, bütün son aylar “şantaj və blef dövrü”olub.

Yunan baş nazir isə vətəndaşlara müraciətində bəyan edib ki, referendum keçirmək qərarının özü belə Yunanıstanın kreditorlarla danışıqlardakı mövqeyini gücləndirməyə və ona irəli sürülən təkliflərin şərtlərinin yaxşılaşmasına səbəb olub. Bununla belə Tsipras əhalini Aİ-nin mövcud təkliflərinə “Xeyr” deməyə səsləyib.

“«Xeyr» cavabı -  daha yaxşı razılıq əldə etmək yolunda ciddi bir addımdır, biz belə güman edirik ki, həmin razılıq  nəticələr elan olunandan dərhal sonra imzalanacaq. “Xeyr” iqtisadi həyata davamlı razılıq əldə etmək yolunda güclü təzyiq vasitəsidir, o borcun həcmini böyütməyə deyil, problemi həll etməyə xidmət edəcək, çünki əks halda iqtisadiyyatın bərpası uğrunda bütün cəhdlər uğursuz qalır. Sosial ədalətli razılıq əsas yükü onu daşımaq iqtidarında olanların çiyninə qoyacaq, daha adi fəhlələrin və təqaüdçülərin deyil” – Tsipras aydınlıq gətirib.

Ən sərfəli kredit üçün müraciət et

Cavabda Deysselblum bildirib ki, avro zona ölkələrinin maliyyə nazirləri 5 iyula təyin edilmiş referendumun nəticələrini gözləyəcək.

«Biz referendumun nəticələrini gözləyəcəyik ki, onlardan asılı olaraq hərəkət edək», — Avro Qrupun sədri izah edib.

Aparılan sosial sorğular referendumun nəticələrinin necə olacağını ehtimal etməyə imkan vermir. GPO xidmətinin keçirdiyi sorğunun nəticələrinə görə, əhalinin 47%-i Avropa İttifaqinin təklifi ilə razılığın xeyrinə, 43%-i isə əleyhinə səs vermək niyyətindədir.