Aİ Yeni Zelandiya ilə Azad Ticarət Sazişini təsdiqləyib | Banco.az

Aİ Yeni Zelandiya ilə Azad Ticarət Sazişini təsdiqləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) ölkələri İttifaq və Yeni Zelandiya arasında danışıqları başa çatan Azad Ticarət Sazişini (FTA) təsdiqləyib.

Banco.az xəbər verir ki, Avropa Şurası üzv ölkələrin ticarət nazirlərinin Brüsseldə keçirilən iclasında Aİ ilə Yeni Zelandiya arasında ticarət sazişinin tamamlanmasını təsdiqlədiklərini bəyan edib.

Bəyanatda qəbul edilən qərar çərçivəsində Aİ-nin razılaşmanın qüvvəyə minməsi üçün lazım olan hüquqi prosesi başa çatdırdığı qeyd edilib.

Bəyanatda bildirilib ki, saziş ticarət və investisiyaları liberallaşdıracaq və daha sıx iqtisadi əlaqələri təşviq edəcək və bu, hər iki tərəfdən şirkətlər və istehlakçılar üçün əhəmiyyətli iqtisadi imkanlar yaradacaq.

Bəynatda həmçinin Aİ-nin Yeni Zelandiyanın üçüncü ən böyük ticarət tərəfdaşı olduğu xatırladılıb və qarşılıqlı ticarətin ötən il 9,1 milyard avroya çatdığına diqqət çəkilib.

Ən sərfəli kredit üçün müraciət et

Yeni ticarət razılaşması ilə gömrük rüsumlarının böyük ölçüdə aradan qaldırılacağı, beləliklə də, ikitərəfli ticarətdə 30 faiz artımın gözlənildiyi, eyni zamanda Aİ şirkətlərinin Yeni Zelandiyaya investisiyalarının həcminin artacağı da bildirilib.

Qeyd edək ki, sazişin Yeni Zelandiya tərəfindən təsdiqləndikdən sonra 2024-cü ilin ilk aylarında qüvvəyə minməsi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et