Müəllif - Aida İsaq, Banco.az
ABŞ 2022-ci ilin sonunda Aİ-yə ən çox neft tədarükünü həyata keçirən ölkə olub.
Banco.az xəbər verir ki, bu barədə məlumat yayan “Eurostat”a görə Rusiya bu istiqamətdə olan payını 31%-dən 4%-ə endirib. Məlumata görə, 2021-ci ilin son rübündən 2022-ci ilin yanvarına qədər olan dövrdə ABŞ-ın payı 10-13% təşkil edib.
Qeyd edək ki, cari ildə Rusiyada neft və qaz hasilatının həcminin ötən illə müqayisədə aşağı olması gözlənilən nəticə idi. Bu tendensiyanın əsas səbəblərindən biri isə ölkələr tərəfindən Rusiya iqtisadiyyatının enerji sektoruna qarşı tətbiq olunan beynəlxalq sanksiyalardır.
Bizi sosial şəbəkələrdən izləyin!!