Müəllif:Ayşən İmanova/Banco.az
Avropa İttifaqı 2025-ci ilin yanvarından Ukraynaya ayda 1,5 milyard avro yardım edəcək.
Banco.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas 27 ölkənin xarici işlər nazirlərinin ilk görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Bundan əlavə, onun sözlərinə görə, Aİ qışın sonuna qədər ümumilikdə 75 min ukraynalı əsgərə təlim keçmək niyyətindədir.
Kallas bir daha qeyd edib ki, Ukraynaya yardım Aİ üçün prioritet olaraq qalır və Brüssel Rusiya ilə gələcək danışıqlarda Kiyevin mövqeyinin güclü olması üçün mümkün olan hər şeyi etməlidir.