Müəllif:Ayşən İmanova/Banco.az
Avropa İttifaqı amerikalı sahibkar İlon Maskın "X" sosial şəbəkəsinə ilin sonuna qədər Aİ-nin onlayn məzmuna nəzarətlə bağlı yeni qaydalarını pozduğuna görə gəlirinin 6 %-i həcmində cərimə tətbiq etmək niyyətindədir.
Banco.az xəbər verir ki, bu barədə "Bloomberg" Aİ-dəki mənbələrə istinadən məlumat yayıb.
Bu qərar Aİ-nin Rəqəmsal Xidmətlər Aktının tələblərinə əməl edilməməsinə görə "X"a qarşı davam edən istintaqın bir hissəsi kimi nəzərdə tutulub.
Məlumata görə, "X" sosial şəbəkəsinə 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə qarşı törətdiyi terror aktının görüntülərinin sərbəst şəkildə yayılması ilə bağlı da iddialar irəli sürülüb.
Bizi sosial şəbəkələrdən izləyin!!