Aİ vergi tutma qaydalarına dəyişiklik edir | Banco.az

Aİ vergi tutma qaydalarına dəyişiklik edir

Müəllif - Aida İsaq, Banco.az

Aİ vergi tutma prosedurlarının daha effektiv və təhlükəsiz olması üçün yeni qanun layihəsi hazırlayıb.

Banco.az xəbər verir ki, məlumata görə, rəqəmsal vergi idarəsinin birgə sertifikatı hazırlanacaq. Bu sertifikatla vergi tutmalarının azaldılması əməliyyatları daha sürətli və səmərəli həyata keçiriləcək. Beləliklə, müxtəlif Aİ ölkələrində investisiya portfeli olan şəxslər eyni təqvim ili ərzində bir neçə gəliri geri almaq üçün yalnız bir rəqəmsal vergi rezidentliyi sertifikatından istifadə edəcəklər.

Aİ ölkələri arasında fərqli olan vergi tutma prosedurları standartlaşdırılacaq. Üzv ölkələr iki vergi tutma sistemi arasında seçim edəcəklər.

Qeyd edək ki, yeni qaydaların üzv dövlətlərin təsdiqindən sonra 2027-ci ilin əvvəlində qüvvəyə minməsi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram