Müəllif - Aida İsaq, Banco.az
Beynəlxalq Valyuta Fondu (BVF) fevralın ortalarında Kiyev nümayəndələri ilə 14-16 milyard dollar dəyərində yeni yardım paketini müzakirə etməyi planlaşdırır.
Banco.az xəbər verir ki, Varşavada tərəflərin bir araya gələcəyi gözlənilir. Məlumata görə, Ukraynanın Qərb tərəfdaşları BVF-dən kreditlər şəklində böyük məbləğlərdə yardımın ayrılmasına çalışırlar. Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskis və ABŞ Maliyyə Nazirliyi Ukraynaya kreditlərin vaxtından əvvəl verilməsinə tərəfdar olduqlarını bildirib.
Qeyd edək ki, Ukraynanın enerji infrastrukturunun yarısının məhv olması və Kiyevin açıqladığı 38 milyard dollarlıq büdcə kəsiri fonunda Aİ Ukraynaya yardım paketinin bir hissəsi kimi artıq 18 milyard dollar ayırıb. Lakin Aİ G7 və digər beynəlxalq təşkilatların da bu tendensiyaya qoşulacağına ümid edir.
Bizi sosial şəbəkələrdən izləyin!!