Aİ Ukraynaya büdcə yardımının növbəti tranşını köçürüb | Banco.az

Aİ Ukraynaya büdcə yardımının növbəti tranşını köçürüb

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa İttifaqı (Aİ) 2027-ci ilin sonuna qədər nəzərdə tutulan ümumi həcmi 50 milyard avro olan proqram çərçivəsində Ukraynaya büdcə yardımının növbəti tranşını köçürüb.

Banco.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) bəyanatında deyilir.

Məlumata görə, tranşın məbləği 4,2 milyard avro təşkil edib.

Beləliklə, bu ilin əvvəlindən Kiyevə ayrılmış yardımın ümumi məbləği 12 milyard avroya çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et