Aİ Ukraynaya 2,5 milyard avro ayırır | Banco.az

Aİ Ukraynaya 2,5 milyard avro ayırır

Müəllif - Aida İsaq, Banco.az

Ukrayna Maliyyə Nazirliyi Avropa İttifaqından (Aİ) 2,5 milyard avro məbləğində yardımın ikinci tranşının qəbulunu təsdiqləyib.

Banco.az  xəbər verir ki, Aİ-nin verdiyi yardımın ümumi məbləği 6,7 milyard avroya çatıb.

Ukraynanın maliyyə naziri Serhi Marçenkonun sözlərinə görə, müvafiq maliyyə vəsaiti dövlət büdcəsinin təcili xərclərini təmin etməyə və ölkənin iqtisadi sabitliyini qorumağa kömək edəcək.

Xatırladaq ki, Avropa Komissiyası may ayında Ukraynaya 9 milyard avro məbləğində yardım paketini təsdiqləyib. 

İndiyədək 9 milyard avronun 6 milyardı rəsmi formada qəbul edilsə də məbləğin hamısı ödənilməyib. Avqustda Ukraynaya bir milyard avro, oktyabrda isə 2 milyard avro ayrılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram