Aİ Ukrayna ilə rüsumsuz ticarətin genişləndirilməsinə dair addımlar atıb | Banco.az

Aİ Ukrayna ilə rüsumsuz ticarətin genişləndirilməsinə dair addımlar atıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Ukrayna ilə rüsumsuz ticarətin genişləndirilməsinə dair addımlar atıb.

Banco.az xəbər verir ki, Avropa Komissiyası Ukraynanı iqtisadi cəhətdən dəstəkləmək üçün ilk dəfə 2022-ci ildə hazırlanan və ölkəyə müxtəlif kommersiya imtiyazları verən “Muxtar Ticarət Tədbirləri” qaydasının uzadılmasını ehtiva edən təklifini açıqlayıb.

Təklifə müvafiq olaraq, Ukraynanın Aİ ölkələrinə ixrac edəcəyi bütün məhsullara idxal rüsumları, kvotalar və ticarət müdafiəsi tədbirləri daha bir il müddətinə dayandırılacaq.

Bununla da Ukrayna istehsalçılarına, ixracatçılarına və ölkə iqtisadiyyatına dəstək veriləcək.

Aİ fermerlərinin Ukrayna məhsullarına qarşı üzləşdiyi problemlər də nəzərə alınacaq. Bu çərçivədə Aİ-də həssas kənd təsərrüfatı məhsulları qorunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu mərhələdən sonra təklif Avropa Parlamenti (AP) və üzv dövlətlər tərəfindən rəsmi olaraq təsdiqləndikdən sonra Aİ-nin rəsmi jurnalında dərc edilərək qüvvəyə minəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et