Aİ təmiz texnologiya istehsalını artıracaq | Banco.az

Aİ təmiz texnologiya istehsalını artıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) qurumları təmiz texnologiyada yerli istehsalı artırmaq üçün yeni qaydalar barədə razılığa gəliblər.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurası üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında müzakirə edilən “Xalis Sıfır Sənaye Qanunu” ilə bağlı razılığın əldə edildiyini açıqlayıb.

Bununla da, Aİ-nin yaşıl sənayesi gücləndiriləcək. Avropanın istehsal ekosisteminə xalis sıfır texnologiyaları üçün dəstək veriləcək. Yaşıl texnologiya istehsalı üçün icazə prosedurları sadələşdiriləcək.

Aİ 2030-cu ilə qədər külək turbinləri, günəş panelləri, batareyalar və istilik nasosları kimi strateji texnologiya məhsullarına olan ehtiyaclarını ödəmək üçün tələb olunan kvotanın 40 faizini yerli istehsalla ödəməyi hədəfləyəcək.

Bundan əlavə, 2030-cu ilə qədər hər il ən azı 50 milyon ton karbon tutma və saxlama gücü quraşdırılacaq.

Strateji layihələrə daha çox dəstək veriləcək. Müəyyən edilmiş layihələr tikinti və quraşdırma üçün sürətləndirilmiş icazə proseduralarından faydalanacaq. Bu layihələrin maliyyələşdirilməsinə çıxış artırılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bu il qüvvəyə minməsi gözlənilən qanun bu mərhələdən sonra üzv dövlətlər və AP tərəfindən rəsmi olaraq təsdiqlənəcək.

Qeyd edək ki, sözügedən yeni qanunla Aİ təmiz texnologiya istehsalında Çin və ABŞ kimi rəqiblərinə çatmaq istəyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et