Müəllif - Aida İsaq, Banco.az
Avropa İttifaqı ölkələri Rusiyaya qarşı yeni on birinci sanksiyalar paketini yekdilliklə təsdiqləmək niyyətindədir.
Banco.az xəbər verir ki, bu barədə iyunun 14-də keçiriləcək iclasda müzakirələr aparılacaq. Sanksiyalar həm iqtisadi, həm də fiziki şəxsləri əhatələyəcək. Bu barədə Avropa İttifaqına üzv dövlətlərin daimi nümayəndələr komitəsinin iclasının gündəliyində bildirilir.
Qeyd edək ki, məlumata görə, məhdudiyyətlər təsdiq olunmaq məqsədilə müzakirə olunacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!