Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır | Banco.az

Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula Fon der Leyen Rusiyaya qarşı hazırladıqları 10-cu sanksiya paketinin 10 milyard avro həcmində olacağını söyləyib.

Ukrayna prezidenti Vladimir Zelenski, Aİ Şurasının sədri Şarl Mişel və Aİ Komissiyasının sədri Ursula fon der Leyen Kiyevdə keçirilən 24-cü Aİ-Ukrayna Sammitinin yekununda birgə mətbuat konfransı keçirib.

İclasda enerji təchizatı təhlükəsizliyini də müzakirə etdiklərini açıqlayan Fon der Leyen hazırkı vəziyyətdə Ukraynanın elektrik enerjisi təchizatı üçün generatorların son dərəcə əhəmiyyətli olduğunu bildirib. O həmçinin qeyd edib ki, müntəzəm aylıq ödənişlər formasında Ukraynaya 18 milyard avro məbləğində yardım ediləcək və bu ölkənin məhsullarının Aİ bazarına rüsumsuz giriş proqramı daha da genişləndiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Ursula Fon der Leyen Rusiyaya qarşı 10-cu sanksiya paketi üzərində işlədiklərini və bu paketi fevralın 24-dək həyata keçirməyi hədəflədiklərini açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et