Aİ Rusiyaya qarşı sanksiyalarda güzəştə gedə bilər | Banco.az

Aİ Rusiyaya qarşı sanksiyalarda güzəştə gedə bilər

Müəllif - Aida İsaq, Banco.az

Aİ Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı bəzi güzəştlər tətbiq edə bilər.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat paylaşıb. Bildirilir ki, tərəflər qadağan olunmuş yükləri daşıyan gəmilər üçün Aİ limanlarına giriş məhdudiyyətini yenidən nəzərdən keçirməyi planlaşdırır. Eyni zamanda Rusiyaya sanksiyalardan yayınmağa dəstək göstərən gəmilər üçün məhdudiyyətlərin başlamasına qədər 30 günlük güzəşt müddətinin tətbiqi planlaşdırılır.

Qeyd edək ki, yeni məhdudiyyətlər paketinin əsas məqsədi sanksiyalardan yan keçməyə stimul verən bütün növ dəstəyin aradan qaldırılmasıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram