Aİ Rusiyaya qarşı sanksiyalar paketini təqdim edib | Banco.az

Aİ Rusiyaya qarşı sanksiyalar paketini təqdim edib

Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) bəzi Rusiya mallarının idxalına qadağa qoyulmasını və neftin qiymətinə yuxarı hədd təyin edilməsini də ehtiva edən yeni sanksiyalar paketi təklif edib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Aİ Rusiyanın qismən səfərbərlik və referendum qərarından sonra yeni sanksiyalar paketi təklif edib.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, rəsmi Kreml gərginliyi artırmasının nəticələri ilə üzləşəcək. O həmçinin qeyd edib ki, sanksiya təklifi bəzi Rusiya məhsullarının idxalına qadağa qoyulmasını və əsas texnologiyaların Rusiyaya ixracının dayandırılmasını ehtiva edir.

Aİ-nin yeni təklifinə üçüncü ölkələrə satılan Rusiya neftinə yuxarı qiymət həddinin tətbiqi kimi tədbirlər də daxildir. Leyen bəyan edib ki, yeni sanksiyalar paketi Rusiyanı 7 milyard avro ixrac gəlirindən məhrum edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, sanksiyaların qüvvəyə minməsi üçün Avropa İttifaqının  27 üzv ölkəsi sözügedən təklifi təsdiqləməlidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et