Aİ Rusiyaya 9-cu sanksiyalar paketi hazırlayıb | Banco.az

Aİ Rusiyaya 9-cu sanksiyalar paketi hazırlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı Rusiyaya yeni sanksiyalar paketi hazırlayıb.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Aİ-nin Rusiyaya qarşı 9-cu sanksiya paketini hazırladığını bildirib.

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen “Bauhaus” tədbirində iştirak etmək üçün səfərdə olduğu Finlandiyanın paytaxtı Helsinkidə Finlandiyanın baş naziri Sanna Marin, Estoniyanın baş naziri Kaja Kallas və İsveçin baş nazirinin müavini Ebba Buş ilə birgə mətbuat konfransı keçirib. 

Fon der Leyen, "Mən bugün elan edə bilərəm ki, biz 9-cu sanksiyalar paketi üzərində tam sürətlə işləyirik. Əminəm ki, çox yaxında G7 üzvləri və digər əsas tərəfdaşlarla birlikdə Rusiya neftinin qlobal yuxarı qiymət həddini təsdiq edəcəyik".

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən “Bauhaus” tədbiri  tikinti sənayesində iqlim dəyişikliyi ilə mübarizə üçün karbon-neytral və bio-əsaslı materialların istifadəsi üçün Aİ-nin “Yaşıl sövdələşməsi” çərçivəsində həyata keçirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et