Avropa İttifaqı ölkələri Rusiyaya qarşı 6-cı sanksiya paketi çərçivəsində ölkənin əsas maliyyə qurumlarınan olan “Sberbank”ı SWIFT beynəlxalq banklararası ödəniş sistemindən ayırmaqla bağlı razılığa gəlib.
Qərar Aİ liderlərinin Brüsseldə keçirilən görüşündə qəbul edilib.
“Sanksiyalar paketi Rusiyanın ən böyük bankı olan “Sberbank”ın SWIFT-dən kənarlaşdırılması kimi ciddi tədbiri də nəzərdə tutur” - deyə Aİ Şurasının Prezidenti Şarl Mişel bəyan edib.
Qeyd edək ki, daha əvvəl Rusiyanın 7 bankı SWIFT-dən kənarlaşdırılmışdı.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!