Aİ Rusiyanın 17,5 milyard avro dəyərində aktivlərini dondurub | Banco.az

Aİ Rusiyanın 17,5 milyard avro dəyərində aktivlərini dondurub

Müəllif - Aida İsaq, Banco.az

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyalar çərçivəsində bu günə qədər Rusiyanın 17,5 milyard avro dəyərində aktivlərini dondurub.

Banco.az xəbər verir ki, Aİ nümayəndəsinin sözlərinə görə, sanksiyalar 1350 fiziki şəxs və təşkilatın aktivlərinə təsir edib. Ən çox bloklanma Almaniya, Belçika, Fransa, Lüksemburq, İrlandiya, İtaliya və Avstriyada həyata keçirilib.

Oktyabrın 25-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqının məqsədi Rusiyanın aktivlərini dondurmaq deyil, onları müsadirə etməkdir. 

Kremlin sözçüsü Dmitri Peskov Aİ-nin Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın bərpası üçün istifadə edilməsi təklifinin qanunsuz olduğunu və beynəlxalq hüquqa zidd olduğunu bildirib.

Oktyabrın 20-də Rusiyanın baş naziri Mixail Mişustin Qərbin faktiki olaraq Rusiyanın valyuta ehtiyatlarını oğurladığını qeyd edib. O bildirib ki, qeyri-dost ölkələr Rusiya sənayesinə, maliyyə sisteminə mümkün qədər çox ziyan vurmağa və yeni sanksiyalar paketləri tətbiq etməklə biznes ictimaiyyətini qorxutmağa çalışıblar.

Oktyabrın 6-da Aİ təərfindən verilən məlumata görə, 30 sentyabr tarixinə Aİ tərəfindən bloklanan Rusiya vətəndaşlarının aktivlərinin ümumi məbləği 16,5 milyard avro təşkil edir. Aİ hazırda bu vəsaitləri müsadirə edib Kiyevə köçürmək yollarını axtarır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram