Aİ Rusiyadan neft idxalını 90% azaldıb | Banco.az

Aİ Rusiyadan neft idxalını 90% azaldıb

Müəllif - Aida İsaq, Banco.az

Avropa İttifaqı kömür alışını dayandıraraq eyni zamanda Rusiya neftinin idxalını 90% azaldıb.

Banco.az xəbər verir ki, bu barədə fevralın 16-da qaz üzrə koordinasiya qrupu çərçivəsində keçirilən növbədənkənar seminarda Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson bildirib. Onun sözlərinə görə, Ukrayna ilə həmrəylik çərçivəsində Aİ Rusiyadan kömür idxalını və Rusiya neftinin 90%-ni idxal etməyi dayandırıb. Eyni zamanda boru kəməri ilə qaz tədarükü əhəmiyyətli dərəcədə azalıb. K.Simson Avropanın bu qışı qənaətbəxş hesab olunan nəticələrlər idarə edə biləcəyini qeyd edərək, bununla yanaşı növbəti istilik mövsümünə diqqətlə yanaşmağın və zəruri addımların atılmasını nəzərdən keçirməyin vacibliyini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram