Müəllif:Mehin Qasımova/Banco.az
Aİ Komissiyası üzv ölkələrə Rusiya və Belarusdan idxal edilən buğda, qarğıdalı və günəbaxan unu kimi taxıl və yağlı bitkilərə gömrük rüsumlarının artırılması təklifini açıqlayıb.
Banco.az xəbər verir ki, açıqlamada, əlavə vergilərin bu məhsulların Aİ-yə idxalını əngəlləyəcəyi, lakin üçüncü ölkələrə ixracına mane olmayacağı bildirilib.
Bu təcrübənin Rusiya taxıl məhsullarını Aİ bazarına yönəltməklə daxili bazarın sabitliyinin pozulmasının qarşısını alacağı bildirilib.
Açıqlamada Rusiyanın AB-yə taxıl ixracından əldə etdiyi gəlirləri müharibəni maliyyələşdirmək üçün istifadə etməsinin qarşısı alınacağı ifadə edilib və Rusiyanın 2023-cü ildə Aİ-yə təxminən 1,3 milyard avro dəyərində taxıl məhsulları ixrac etdiyi qeyd edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!