Müəllif - Aida İsaq, Banco.az
Bərpa olunan enerji Aİ üçün Rusiyadan qaz tədarükünə alternativ variant ola bilər.
Banco.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson Aİ-nin Rusiyadan təbii yanacaq alışını tamamilə dayandırmadığını vurğulayaraq həcmin əvvəlki səviyyədən az olduğunu qeyd edib. Onun sözlərinə görə qaz tədarükünü bərpa olunan enerji ilə əvəz etmək mümkündür. O, bu məsələyə Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı toxunub.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də Rusiyanın Aİ-yə yanacaq tədarükünün həcminin kəskin azalmasını vurğulayıb. O, 2022-ci ilin səkkiz ayında Moskvanın Aİ-yə təbii qaz ixracınının 80% azaldığını qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!